Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanılıb

  • Müəllif: Firuzə
  • 17 Dekabr 2025 12:10

Gürcüstanda “Qırmızı Körpü” sərhəd sektorunun “Sadaxlı” mühafizə bölməsində 4 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

Gununsesi.info-nun yerli bürosu xəbər verik ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər qrup halında sərhəd-nəzarət məntəqəsindən yan ötməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər.

Faktla bağlı istintaq davam etdirilir. Törədilmiş cinayət əməli 5 ilədək müddətə həbslə cəzalandırılır.

Gununsesi.info