Bakıda “Kamaz” yeniyetməni vuraraq öldürdü

  • Müəllif: Firuzə
  • 27 Dekabr 2025 10:46

Bakıda yük avtomobili yeniyetməni vuraraq öldürüb.

Gununsesi.info  xəbər verir ki, hadisə Qaradağ rayonunda, Səngəçal-Umbakı avtomobil yolunda qeydə alınıb.

Belə ki, Rəsul Rəşad oğlu Xəlilovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili yolu keçən, 2009-cu il təvəllüdlü Xəlil Ceyhun oğlu Fətəliyevi vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info