“Putin növbəti dəfə Donald Trampın Volodimir Zelenski ilə görüşüdən əvvəl, onunla telefonda danışması, bu prosesi pozmağa hesablanıb. Ukrayna prezidenti V. Zelenski D. Trampla danışıqlar aparmaq üçün Floridadır. V. Zelenskinin D. Trampla görüşdən əvvəl, V. Putin D. Trampla bir saat ərzində tel.danışıb. Bu telefon danışığı planlı olaraq D. Trampa yeni vədlər verərək, V.Zelenski ilə hərhansı bir razılaşmanı qabaqcadan pozmaqdan ibarətdir”.
Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Çünki, oktyabr ayında V. Zelenski ABŞ səfərində D. Trampın xüsusi nümayəndəsi V. Uitkof V. Putinə D. Trampa V. Zelenski çatmamışdan əvvəl zəng etməyi məsləhət görmüşdü. Məhz V. Putin bu zənglə V. Zelenskinin D. Trampla danışıqları nəticəsiz bitmişdi. Hazırda eyni analoji proses baş verdi. Rusiya prezidenti kifayət qədər D. Trampın siyasi qərarlarına təsir edə bilir. Ona D. Trampın xüsusi nümayəndəsi V. Uitkof da kömək edir.
Görünür, bu danışıqlar da nəticəsiz olacaq. Çünki, D. Tramp yenidən V. Putinlə yaxşı söhbət etdiyini qeyd etdi. Digər tərəfdən V. Putin bir tərəfdən Kiyevə ballistik raketlərlə zərbələr endirir.
Ukrayna ilə danışıqların taleyi D. Trampın kürəkəni ticarətçi yəhudi C. Kuşner və Rusiyanın lobbiçiliyini edən V. Uitkofdan asılı olacaqsa, Moskvanın mövqeyi güclənəcək”.
Siyasi şərhçi qeyd edib ki, danışıqlar prosesindən Dövlət katibi Robio uzaqlaşdırılıb:
“Çünki, onun mövqeyi Ukraynanın müdafiəsinə hesablanıb. Pentaqon da bu danışıqlar da iştirak etmir.
Siyasətə aidiyyəti olmayan, öz biznes maraqlarına xidmət edən üç nəfər Moskva ilə danışır. V. Putinə də bu üçlük sərf edir.
Ukraynanı bu ticari sövdələşmələrdən azad edəcək Böyük Britaniya və Avropa İttifaqı olacaq”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tezliklə danışmağa ümid etdiyini və yaxşı bir söhbət gözlədiyini bildirib.
Tramp həmçinin bu həftə sonu Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi gözlədiyini bildirib.
Günay










