Finlandiyanın xarici işlər naziri Elina Valtonen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı son açıqlamalarının “pis səsləndiyini” bildirib.
Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.
Valtonen bildirib ki, Finlandiya bütün məsələlərin dialoq yolu ilə həll olunmasına çağırır.
“Düşünürəm ki, bu, pis səslənir. Son bir neçə gün də asan keçməyib”, – Finlandiya xarici işlər naziri bildirib.
Eyni zamanda siyasətçi Qrenlandiya ətrafındakı vəziyyəti həddindən artıq dramatikləşdirməməyə çağırıb.
Onun sözlərinə görə, təhlükə yoxdur.
Yanvarın 5-də Ağ Ev prezidenti Donald Tramp ABŞ-ın milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyanı ələ keçirmək planlarını açıqladı. Daha sonra Amerika lideri ölkəsinin adanı “bu və ya digər şəkildə” əldə edəcəyini vurğuladı.
Maqsud












