Queen qrupunun solisti Freddie Mercurynin səhnə adı “Bibi” ilə tanınan qızı 48 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə onun əri Tomas “Daily Mail” qəzetinə bildirib.
Tomas bildirib ki, Bibinin nadir xərçəng növü ilə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, xordoma xəstəliyindən əziyyət çəkirdi. Bu şiş onurğa sütununun yaxınlığında əmələ gəlir və büzdüm sümüyündən kəllənin dibinə qədər hər yerdə yerləşə bilər.
Bibinin doqquz və yeddi yaşlı oğulları qalıb. Onun əsl adı məlum deyil.
Maqsud












