Qanun pozuntuları hallarında bəzən qarışıq vəziyyətlər yaranır.
Məsələn, kimsə başqasının qanunu pozduğunu iddia edir və bu halda qanun pozduğu iddia edilən şəxs də özünü sübut etmək məcburiyyətində qalır.
Ancaq əslində, necə olmalıdır?
Qanunu pozduğu iddia edilən şəxs öz təqsirsizliyini polisə sübut etməlidirmi?
Bu barədə hüquqşünas Şamil Paşayev Gununsesi.info-ya danışıb.
O bildirib ki, qanunvericiliyin tələbinə görə, şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil.
“Cinayət prosesual məcəllənin 91-ci maddəsində təqsirləndirilən şəxsin hüquqlarında əksini tapıb bu məsələ. Belə ki, əslində, ittihamı irəli sürən onu sübut etməlidir, şəxsin özü yox”, – deyə hüquqşünas həmçinin deyib.
Orxan







