Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olundu

  • Müəllif: Firuzə
  • 03 Aprel 2026 09:56

Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Gununsesi.info  DİN-ə istinadla xəbər verir ki, sürücü Əli Dəmirov idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub.

Sürücü barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Ə.Dəmirov 15 sutka inzibati qaydada həbs edilib.

Gununsesi.info