Azərbaycan 2030-cu ilədək dövlət büdcəsində neftin payını 30 faizə endirməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu sözləri Azərtac-a müsabibəsində maliyyə naziri Sahil Babayev deyib.
Maliyyə naziri Sahil Babayev bildirib ki, dövlət büdcəsində neft gəlirlərinin payı ötən il 48 faiz təşkil edib.
Proqnozlara əsasən, bu göstərici cari ildə 42-43 faizə enəcək, 2030-cu ildə isə 30 faizə qədər azalacaq.
Nazir qeyd edib ki, həmin dövrdə büdcə gəlirlərinin təxminən 70 faizi qeyri-neft sektorunun hesabına formalaşacaq.











