Rus oliqarxlar sanksiyalardan belə yayınırlar

12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Vladimir Putinin yaxın ətrafı sanksiyalara baxmayaraq, on milyonlarla dollar dəyərində olan Qərb istehsalı şəxsi biznes-jetlərindən (özəl təyyarələrdən) istifadə etməyə davam edir.

Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, “Voll Strit Jurnal”ın (WSJ) araşdırmasına görə, bu lüks təyyarələr ikinci əl bazarından alınır və sanksiyalara qoşulmayan BƏƏ, Oman, Qazaxıstan və ya CAR kimi ölkələrdə qeydiyyata alındıqdan sonra Rusiyaya gətirilir.

Məlumata görə, Putinin tərəfdaşları vasitəçilər sayəsində Rusiyaya gizli yollarla gətirilən “Bombardir” və “Qolfstrim” markalı təyyarələrdən aktiv istifadə edirlər.

Sanksiyalardan yan keçən lüks təyyarələrin sahibləri arasında “Rostex” rəhbəri Sergey Çemezov, oliqarx Arkadi Rotenberq və milyarder İqor Kesayev kimi tanınmış şəxslərin adları çəkilir. Təyyarələrin həyata keçirdiyi uçuşların bir çoxunun isə BƏƏ və qonşu ölkələrdəki lüks kurortlara yönəldiyi vurğulanır.