Nəvə, nəticə və kötücə - BÜLBÜLÜN EV MUZEYİNDƏ - FOTO

  • By Admin2
  • 16 İyun 2026 15:03

Azərbaycanın məşhur opera müğənnisi Bülbülün ilk nəvəsi – Azərbaycan Dillər Universitetinin professoru Nigar Vəliyeva, onun oğlu, yəni ilk nəticəsi Nihat Vəliyev, eyni zamanda elə ilk kötücəsi Murad Vəliyev Şuşada olublar. 

Gununsesi.info-nun xəbərinə görə, onlar Şuşada Bülbülün ev muzeyini ziyarət edib.

Təəssüratlarını bölüşən professor Nigar Vəliyeva saytımıza açıqlamasında bildirib:

“Sevinirəm ki, nəsil davam edir, Qarabağ azaddır, rahat gedib-gələ bilirik. Cənab Prezidentin canı sağ olsun, yollar da superdir. Şəhəri isə çox təmiz və səliqəli saxlayırlar”.

Elmar

Gununsesi.info