İran Prezidenti Məsud Pezeşkian sabah Pakistana səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi prezident administrasiyasının ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Həbib Abbasiyə istinadən məlumat yayıb.
“Bu səfər sabah baş tutacaq və böyük ehtimalla bir günlük olacaq. Səfərin səbəblərindən biri Pakistana İran ilə ABŞ arasında aparılan danışıqlarda vasitəçilik səylərinə görə təşəkkür etməkdir”, – deyə o bildirib.












