“Tehran Vaşinqtonla yekun sazişə dair danışıqlara yalnız İran-ABŞ memorandumunun müəyyən bəndləri icra edildikdən sonra başlayacaq”.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai deyib.
“ABŞ rəsmiləri ilə görüşün mütləq bir məqsədi və zərurəti olmalıdır. Əgər yekun saziş üzrə danışıqların başlamasından söhbət gedirsə, bu, qarşılıqlı anlaşma memorandumunun 1, 5, 10 və 11-ci bəndlərinin yerinə yetirilməsi ilə bağlıdır. Yaxın günlərdə biz mövcud prosesi təhlil etməli və yekun razılaşma üzrə danışıqlara nə vaxt başlayacağımıza qərar verməliyik”, – deyə o, mətbuat konfransında bildirib./Oxu.az












