“Azərbaycan Pedaqoji Universitetinin Türkologiya Qurultayı ilə bağlılığı daha genişdir”.
Gununsesi.info bildirir ki, bunu Azərbaycan Pedaqoji Universitetində bu ali təhsil ocağının prorektoru, əməkdar müəllim, professor Mahirə Nağıqızı deyib:
“Universitetimizdə fəaliyyət göstərən Türkologiya Mərkəzi yalnız Orta Asiya ölkələrinin deyil, həm də Avropa dövlətlərinin tanınmış alimləri və elmi ocaqları ilə sıx əlaqələr saxlayır.
Bu davamlı əməkdaşlıq türkoloji araşdırmaların inkişafına mühüm töhfə verir.
Universitetimizdə türkologiya sahəsində mühüm işlər görülüb və bu gün də həmin işlərin nəticələri özünü göstərir. Hazırlanan kitablar türk dünyasının elmi və mədəni inkişafına dəyərli töhfədir. Bu nəşrlərin ərsəyə gəlməsində və təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.
Şəbnəm Rəhimova












