Sahibə Qafarovanın yeni köməkçisi təyin olundu - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın yeni köməkçisi təyin edilib.

Gununsesi.info  xəbər verir ki, bu vəzifəyə Aydan Tofiq qızı Fərəcova gətirilib.

Milli Məclisin rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, Aydan Fərəcova Milli Məclis sədrinin köməkçisi vəzifəsində çalışacaq. O, dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir.

1990-cı il iyulun 31-də anadan olan Aydan Fərəcova mühəndis iqtisadiyyatı və idarəetmə, menecment, eləcə də dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisasları üzrə təhsil alıb.

 

Gununsesi.info