Xamenei ilə bağlı bu ölkələrə xəbərdarlıq edildi

“ABŞ və İsrail İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi zamanı yanlış addımlardan çəkinməlidir”.

Gununsesi.info  xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi deyib.

“Düşmənlərə, xüsusilə ABŞ, İsrail və onların regional və regiondankənar müttəfiqlərinə xəbərdarlıq edirik: istənilən yanlış hesablamadan çəkinin, İran Silahlı Qüvvələrinin istənilən təhdid və təcavüzə qarşı sərt və peşmanedici cavab verəcəyini nəzərə alın”, – o bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülən Əli Xamenei iyunun 9-da Məşhəd şəhərində dəfn olunacaq.

Gununsesi.info