Azərbaycana səfərindən sonra bu görüntüləri paylaşdı - VİDEO

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen öz sosial media hesabında Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb.

Gununsesi.info xəbər verir ki, avropalı diplomatı öz paylaşımında bunları yazıb:

“Sülh… ölkələr və insanlar arasında körpülər qurmaq vasitəsilə.

Həm fiziki, həm də məcazi mənada!

Mən Cənubi Qafqaz üçün 200 milyon avroluq “Bağlantılar vasitəsilə Sülh” Proqramını elan etdim.

Sülh içində, bir-birinə bağlı və firavan bir region üçün.”

Həmin paylaşımı təqdim edirik:

Gununsesi.info