Ev alqı-satqısı ofisindən maklerin meyiti tapıldı

  • Müəllif: Orxan
  • 06 Avqust 2026 13:05

Bakıda ofisdən meyit tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində baş verib.

Dünən saat 16 radələrində Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti işlədiyi ev alqı-satqısı ofisində tapılıb.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Gununsesi.info