Azərbaycanlı iş adamı Emin Ağalarov Sea Breeze layihəsi çərçivəsində inşa ediləcək yeni kazino kompleksi ilə bağlı məlumat verib.
Gununsesi.info xəbər verir ki, “Casino Royale Sea Breeze” adlanacaq kompleksdə təxminən 500 oyun masası fəaliyyət göstərəcək. Burada poker, ruletka, blekcek (Blackjack) və bakara (Baccarat) kimi məşhur stolüstü oyunlar təqdim olunacaq.
Layihə çərçivəsində, həmçinin 3 min oyun avtomatının quraşdırılması nəzərdə tutulur.
Emin Ağalarov bildirib ki, “Casino Royale Sea Breeze” Avropanın ən böyük kazinosu olacaq və sahəsinə görə dünyada beşinci yeri tutacaq.
Məlumata görə, “Casino Royale” kompleksi 90 min kvadratmetrdən artıq ərazidə inşa edilir.












