Böyük Britaniyada son iki gün ərzində ikinci dəfə sərnişin qatarı relsdən çıxıb.
Gununsesi.info “The Guardian”a istinadən xəbər verir ki, hadisə Esseks qraflığının Uikford şəhəri yaxınlığında baş verib.
Qatarın arxa vaqonları relsdən çıxsa da, aşmayıb. Hadisə nəticəsində xəsarət alanların olduğu barədə məlumat daxil olmayıb.
Britaniya Nəqliyyat Polisi hadisənin səbəblərini araşdırır.












