Salyan sakinini Bakıda kirayə qaldığı evdə cərəyan vurdu

  • Müəllif: Firuzə
  • 17 Avqust 2026 19:39

Salyan sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Bakı şəhərində baş verib.

Salyan rayonunun Peyk kənd sakini, 1998-ci il təvəllüdlü Tarıverdi Haqverdiyevi Bakıda kirayə qaldığı evdə elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info