Moskvanın Nikulinski Rayon Məhkəməsi Rusiyada xarici agent kimi tanınan siyasətçi Boris Nadejdini arzuolunmaz təşkilatın fəaliyyətində iştirak etdiyinə görə inzibati qaydada 10.000 rubl cərimələyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Moskvanın Nikulinski Rayon Məhkəməsi məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Nadejdin Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.33-cü maddəsi ilə təqsirli bilinib.
İnzibati protokol siyasətçi ilə “Meduza” (Rusiyada xarici agent və arzuolunmaz təşkilat kimi tanınan hüquqi şəxs olan Meduza Project SIA) və “Meduza/Podkasts” YouTube kanallarında yayımlanan video müsahibəyə əsaslanır. Bu resurslar 2023-cü ildə Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən “Meduza Project” təşkilatına məxsusdur.
Maqsud










