Bərdədə yeniyetməni “KamAz” vurdu

  • Müəllif: Firuzə
  • 12 Sentyabr 2026 21:45

Bərdə-Yevlax yolunda qəza baş verib.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı hərəkətdə olan “KamAz” markalı yük avtomobili yolu keçən 2009-cu il təvəllüdlü Əsədov Şamxal Nəsir oğlunu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 17 yaşlı Ş.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info