Turan Rzayev: Azərbaycan xammal ixracından emal və yüksək əlavə dəyər modelinə keçir

  • Müəllif: Orxan
  • 22 Sentyabr 2026 17:54

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, siyasi şərhçi Turan Rzayev hesab edir ki, müşavirədə səsləndirilən fikirlər Azərbaycanın dağ-mədən sənayesinə yanaşmasında yeni mərhələnin formalaşdığını göstərir.

Onun sözlərinə görə, uzun illər Azərbaycan iqtisadiyyatının əsas müzakirə mövzularından biri neft və qazdan asılılığın azaldılması, qeyri-neft sektorunun genişləndirilməsi və təbii resursların daha yüksək əlavə dəyər yaradan sahələrə yönəldilməsi olub.

Rzayev bildirir ki, yeni yanaşmada söhbət yalnız yataqların istismarından getmir. Məqsəd yataqların aşkarlanması, filizin çıxarılması, zənginləşdirilməsi, emalı, yarımfabrikat və son məhsul istehsalının vahid sənaye zəncirində birləşdirilməsidir.

“İqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdim etdiyi Dövlət Proqramının əsas məqsədini “daha çox xammal hasil etmək deyil, bu xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır” fikri ilə ifadə etməsi də bu yanaşmanı ortaya qoyur. Dövlət Proqramına əsasən, 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Dörd il ərzində sektora 5,3 milyard manat investisiya yatırılması planlaşdırılır. Bu vəsaitin təxminən 80 faizinin büdcədənkənar mənbələr hesabına formalaşdırılması nəzərdə tutulur”,- deyə o qeyd edib.

Turan Rzayevin fikrincə, bu, dövlətin prosesdə istiqamətləndirici və əsas infrastrukturun formalaşdırılmasında aparıcı rolunu saxlaması ilə yanaşı, özəl kapitalın və borc maliyyəsinin də sektora cəlb edilməsinin planlaşdırıldığını göstərir.

Politoloq işğaldan azad edilmiş ərazilərin də proqramda xüsusi yer tutduğunu qeyd edir.

Kəlbəcər, Ağdərə, Zəngilan və digər ərazilərdə yerləşən qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə daxil edilməsi, həmçinin zənginləşdirmə və emal müəssisələrinin yaradılması nəzərdə tutulur.

Rzayev hesab edir ki, bu proses Qarabağ və Şərqi Zəngəzurda yeni sənaye sahələrinin formalaşmasına və məşğulluğun artmasına da təsir göstərə bilər.

yər yaradılmasına və yeni sənaye formalaşdırılmasına yönəlmiş strategiyanı ortaya qoyur.

Orxan

Gununsesi.info