Azərbaycan Dillər Universitetində (ADU) kadr dəyişikliyi baş verib.
Gununsesi.info –nun əldə etdiyi məlumata görə, ADU-nun ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov tutduğu vəzifədən azad edilib.
Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev tərəfindən müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Vüqar Mehrabov Azərbaycan Dillər Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsindən azad olunub.
Məlumata görə, Vüqar Mehrabov Bakı Mühəndislik Universitetində ümumi işlər üzrə prorektor vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Vüqar Mehrabov fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.
Vüsal











