Sentyabrın 25-nə keçən gecə Rusiya Ukraynaya dron və raketlərlə irimiqyaslı hücum edib.
Gununsesi.info xəbər verir ki, hücum zamanı Kiyev şəhəri, eləcə də Kiyev və Odessa vilayətləri hədəfə alınıb.
Kiyevə endirilən zərbələr nəticəsində 14 yaşlı oğlan həlak olub, daha 3 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.












