Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

  • Müəllif: Orxan
  • 02 Oktyabr 2026 15:48

Keçmiş təhsil naziri Misir Mərdanov “Şöhrət” ordeni ilə təltif edilib.

Gununsesi.info-nun məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, oktyabrın 3-də Misir Mərdanovun 80 yaşı tamam olub.

Gununsesi.info