Netanyahu: "FlyDubai" təyyarəsinə hücumun təşkilatçısı ağır bədəl ödəyəcək

  • Müəllif: Firuzə
  • 02 Oktyabr 2026 20:01

İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, “FlyDubai” təyyarəsinə hücumu təşkil edən pilota sifarişin haradan verildiyini araşdırır.

Gununsesi.info xəbər verir ki, Netanyahu video çıxışında ​​bildirib: “Zaman keçdikcə mənzərə daha da aydınlaşır: hücumçu radikal islamlaşmaya məruz qalıb və onun məqsədi sərnişinlərlə birlikdə təyyarəni məhv etmək olub. Biz onun kim tərəfindən göndərilib-göndərilmədiyini araşdırırıq və ona kim rəhbərlik edibsə, çox yüksək bədəl ödəyəcək”.

Cümə günü BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş “FlyDubai” təyyarəsində baş verən hadisəni “təhlükəli terror aktı” adlandırıb.

Gununsesi.info