Yəhudi əsilli şagirdlərin də təhsil aldığı məktəbdə geyim qaydalarına riayət olunur

Bakı 152 nömrəli tam orta məktəbdə şagirdlər dərsə məktəbli formasında gəlir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər.

Gununsesi.info xəbər verir ki, ölkəmizdə yaşayan yəhudi əsilli vətəndaşlarımızın övladlarının da təhsil aldığı bu müəssisədə geyim qaydaları bütün şagirdlərə eyni qaydada tətbiq olunur. Uşaqlar digər məktəblilər kimi vahid forma geyinir, əlavə geyim elementlərindən istifadəyə yol verilmir.

Valideynlər də yeni qərardan sonra övladlarının məktəbə hansı geyimdə gəlməsinə daha ciddi nəzarət etdiklərini bildirirlər. Onların sözlərinə görə, uşaqların müəyyən olunmuş geyim tələblərinə uyğun şəkildə dərsə gəlməsinə xüsusi diqqət yetirirlər.

Qeyd edək ki, fərqli mənsubiyyətlərə sahib uşaqların eyni məktəbdə ortaq qaydalara əməl etməsi bərabər təhsil mühitinin qorunması baxımından əhəmiyyətlidir. Bu yanaşmada əsas olan şagirdlərin fərqlərini qabartmaq deyil, onların birlikdə, qarşılıqlı hörmət şəraitində təhsil almasını önə çəkməkdir.

 

Gununsesi.info