Natiq Cəfərli Türkiyə ilə münasibətlərə xələl gətirən fikirlərlə bağlı çağırış edib

  • Müəllif: Orxan
  • 22 Oktyabr 2026 10:30
İqtisadçı Natiq Cəfərli Azərbaycan və Türkiyə arasında münasibətlərə xələl gətirən fikirlərin yayılmasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, Natiq Cəfərli  Azərbaycanın 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil etməsi ilə bağlı qərar digər şəxslər üçün də dərs olmalıdır deyə bildirib.

O bildirib ki, həmin şəxslər iki ölkə arasında nifaq salmağa və təbii müttəfiqlik münasibətlərinə zərər vurmağa çalışıblar.

Cəfərli qeyd edib ki, Azərbaycanda da iki ölkə arasındakı münasibətlərə xələl gətirən fikirlər yayan şəxslər müəyyən edilməli və onlarla bağlı profilaktik tədbirlər görülməlidir.

Onun sözlərinə görə, bəzi şəxslər Türkiyə vətəndaşları üçün viza rejiminin bərpasını təklif edib, digərləri isə Türkiyə xalqının köklərinin və niyyətlərinin azərbaycanlılardan fərqli olduğunu iddia etməyə çalışıblar.

O, həmçinin Türkiyənin mühüm dövlət xadimləri haqqında həqiqətə uyğun olmayan fikirlərin yayıldığını vurğulayıb.

Natiq Cəfərli bu cür fikirlərin yadda saxlanılmasının vacibliyini qeyd edərək, Azərbaycan-Türkiyə münasibətlərinə zərər vuran yanaşmalara qarşı diqqətli olmağa çağırıb.

Elmar

Gununsesi.info