Ötən gecə ərzində Rusiya regionları üzərində 1214 Ukrayna pilotsuz uçuş aparatı vurulub.
Gununesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri Bryansk, Belqorod, Kursk, Kaluqa, Tula, Smolensk, Lipetsk, Voronej, Tver, Orel, Ryazan, Vladimir, Samara, Saratov, Penza, Rostov vilayətləri, Moskva vilayəti, Başqırdıstan Respublikası və Udmurtiya Respublikası əraziləri üzərində 1214 Ukrayna dronunu məhv edib.












