“Bandotdel”in keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan “Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli barəsində həbs qətimkan tədbiri seçilib.
Gununesi.info xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib və Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4-cü, 240.2.1-ci və 240.2.2-ci maddələri ilə ittiham irəli sürülüb.












