Son günlərdə Belarusiya dünyanın diqqət mərkəzindədir.
Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, ölkədə xalq yarım milyona yaxın insanın iştirakı ilə böyük etirazlar keçirir. Bununla da, xalq 26 illik vəzifədən qopmayan qəddar diktator Aleksandr Lukaşenkonu yola salmaq üzrədir. “Get” şüarı altında etirazlara qatılan insanlar paytaxt Minskin mərkəzində və ölkənin digər coğrafiyalarında toplanaraq Lukaşenkonu 26 ildir enmədiyi vəzifəsindən devirmək üçün geniş nümayişlər keçirir. Ölkədəki iillərdir davam edən sərt diktatura dönəmində 500 minə yaxın insanın etirazlara qatılması Lukaşenkonun sonunun yaxınılaşmasına doğru prosesləri sürətləndirir. Xalq tələblərini səsləndirərək yetkililərə bunu yerinə yetirməsi üçün bəlli bir vaxt verib: Etirazçı vətəndaşlar bütün siyasi dustaqların, dinc etirazlar zamanı həbs edilənlərin dərhal sərbəst buraxılmasını, prezident Lukaşenkonun istefasını tələb edir. Həmçinin etirazlar vaxtı öldürülənlər haqqında gerçək bilgi istəyən xalq həbslər zamanı cinayətdə əli olan hakimlərin və şər atanların dürüst bir şəkildə cəzalandırılmasını tələb edir.

Artıq meydanlarda rəsmi olaraq xalqın mənfəətlərini təmsil edəcək Tətil Komitələrinin qurulması üçün çağırışlar edilib. Yeni qurulan Tətil Komitələrinə hüquqi tələblərini yerinə yetirmədiyi təqdirdə, Bələdiyyə Başçısını tanınamaq hüququ verilib. Etiraçılar əhalinin bütün kəsimlərinə birləşərək bir-birlərini dəstəkləməyə səslənişlər ediblər. Nümayişlərə çoxsaylı işçi vətəndaşlar da, qatılıb. Ölkənin demokratikləşməsini əsas alan xalq öz tələblərinin davamlı və sonunadək arxasında olacağını bəyan edib. Oturaq aksiyaların başlanacağı da, elan edilənlər sırasındadır. Ölkəsindəki son seçkiləri də saxtalaşdıraraq, xalqın səsini heçə sayan diktator Lukaşenkoya millətin cavabı meydanlarda verilir. Belarusiya ölkə tarixində heç vaxt unudulmayacaq günlərini yaşamaqdadır.
Xəbərlərə dəstək üçün videomuzu, lütfən bəyənin ki, digər insalar da, 100 minlər olub meydanlara axan Belarus xalqının etiraz dirənişi və güclü iradəsindən xəbərdar olsun.
Arzu S.











