Müsavat Partiyasının qərərgahında oğurluq hadisəsi baş verib.
Bu barədə Gununsesi.info-ya partiyanın başqanı Arif Hacılı bildirib:
“Bu gücə naməlum şəxslər Müsavat qərargahına girib. Dəmir barmaqlıqlar kəsilib. Pəncərələr sındırılıb.
Hələlik 2 kondisionerin aparıldığı məlumdur. Polisə müraciət olunub.
İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır”.


Günay
Gununsesi.info











