Gürcüstanda QHT-lər “xarici agentlər” haqqında qanun çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət edib

Gürcüstanda 230-dan çox qeyri-hökumət təşkilatı (QHT) yeni qüvvəyə minmiş “Xarici təsirin şəffaflığı haqqında” qanuna əsasən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinin Milli Vətəndaşlıq Qeydiyyatı Agentliyinə müraciət edib.

Gununsesi.info xəbər verir ki, bunu respublikanın ədliyyə nazirinin birinci müavini Tamar Tkeşelaşvili deyib.

Prezidentin, müxalifətin, QHT-lərin və KİV-lərin xarici agentlər haqqında qanuna qarşı iddialarına baxan Konstitusiya Məhkəməsinin iclasında Tkeşelaşvili bu qanuna uyğun olaraq Ədliyyə Nazirliyinə müraciət edən 233 təşkilatdan danışıb.

Məlumata əsasən Gürcüstanın Konstitusiya Məhkəməsində “xarici agentlər” haqqında qəbul edilmiş qanuna qarşı birgə iddiaların ikinci iclası başlayıb.

Qanunun icrasının təfərrüatlarını izah etmək üçün Ədliyyə Nazirliyinin nümayəndələri dəvət olunub və Tkeşelaşvili özü təşkilatları cərimələrdən yayınmaq üçün qanuna riayət etməyə çağırıb.

Avqustun 1-dən Gürcüstanda “xarici agentlər” haqqında qanun qüvvəyə minib.

 

Gununsesi.info