Rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Dağıstan daxili işlər nazirinin müavini Rüfət İsmayılov və onun müavini Dalqət Əbdülqapurovun cinayətlərdə iştirakına dair istintaq orqanlarının şübhələrinin əsaslılığı əməliyyat-axtarış tədbirlərinin nəticələri ilə təsdiqlənir.
Gununsesi.info Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlərin sözlərinə görə, Dağıstan Daxili İşlər Nazirliyinin istintaq idarəsinə də rəhbərlik edən İsmayılov Abdulqapurov və naməlum şəxslərlə birlikdə qanunsuz tikinti faktı ilə bağlı cinayət işi başlanmasından imtina etdiklərinə görə 300 min rubl məbləğində rüşvət alıblar. Həmçinin “analıq kapitalının büdcə vəsaitlərinin bölüşdürülməsinə dair müsbət prosedur qərarının qəbul edilməsi” üçün 1 milyon rubl da rüşvət kimi alınıb.
Bundan əlavə, istintaq hesab edir ki, 2022-ci ildə İsmayılov və Abdulqapurov mədən avadanlığı almaq üçün vəsaiti müəyyən bir Frolova köçürərək kriptovalyutaya 100 milyon rubl investisiya etmək qərarına gəliblər. Lakin iş adamı öhdəliklərini yerinə yetirməkdən yayınmağa başlayandan sonra yüksək rütbəli polis əməkdaşları təzyiq göstərmək və pulları qaytarmaq üçün saxta zərərçəkənlərin ifadələri əsasında ona qarşı cinayət təqibi başlayıblar.
Gununsesi.info












