“İran Livana qoşun göndərməyəcək”

  • Müəllif: Şəbnəm
  • 30 Sentyabr 2024 13:21

İran Livanın “Hizbullah” hərəkatına yardım etmək üçün öz qoşunlarını göndərməyi planlaşdırmır. 

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Naser Kanani açıqlayıb.

Onun sözlərinə görə, Livan özünü müdafiə etmək üçün bütün lazımi imkanlara sahibdir: “İranın könüllü və yaxud köməkçi qüvvələr göndərməsinə ehtiyac yoxdur”.

 

 

Gununsesi.info