Qorxu filmlərinə baxanda nə üçün qorxuruq?

  • Müəllif: Orxan
  • 30 Sentyabr 2024 13:10

Əksər insanlar qorxu filmlərini izləyərkən, bunu real olmadığı bildiyi halda belə qorxurlar.

Bəs bunun səbəbi nədir?

Gununsesi.info xəbər verir ki, buna səbəb, beynimizin film və reallıq arasındakı əlaqəni dərk edə bilməməsidir. Qorxu çox güclü bir hissdir, çünki o, həyatın təhlükəsizliyinə cavabdehdir. Qorxu filmi izləyərkən hər şeyin ekranda baş verdiyini bilsək də, instiklərimiz bunu bu cür qəbul etmir. Səslər, vizual görüntülər, gözlənilməz anlar özünü qoruma instiktini aktivləşdirir və adrenalin hormonu ifrazına səbəb olur. Bu instik bizi ölümdən qorumaq funksiyası daşıyır.

Əlavə olaraq səbəblərdən biri də, qorxu filmlərində göstərilənlərin real həyatda da qorxu aurası olmasıdır.

Məsələn, qaranlıq, qorxulu səslər, dar və uzun koridorlar və.s

Orxan Saffari

Gununsesi.info