Minlərlə əfqanlı gizli şəkildə Britaniyaya aparılıb

  • Müəllif: Günel
  • 16 İyul 2025 08:58

Gizli hökumət sxemi çərçivəsində minlərlə Əfqanıstan vətəndaşı Böyük Britaniyaya aparılıb.

Gununsesi.info bu barədə “Financial Times” qəzetinə istinadla xəbər verir.

Məlumata görə, “Taliban” hərəkatı 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gəlməzdən qabaq Londonla sıx əməkdaşlıq etmiş 25 minə yaxın əfqanın şəxsi məlumatları 2022-ci ilin fevralında təsadüfən internetə düşüb.

Bildirilir ki, məlumatların sızması Britaniya Müdafiə Nazirliyinin əməkdaşı ucbatından baş verib. O, məlumatları bilmədən paylaşıb.

Böyük Britaniya hökuməti məlumatların sızması barədə yalnız 2023-cü ilin avqustunda xəbər tutub və həmin insanların krallığa köçürülməsi proqramına start verib.

İndiyədək təqribən 18 500 əfqanın ölkəyə gətirildiyi vurğulanır.

Gununsesi.info