11 sentyabr tarixindən etibarən 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun III-sonuncu mərhələsinə start verilir.
Bu barədə Gununsesi.info-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
11 sentyabr tarixindən etibarən müraciətçilər elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə biləcəklər. Boş qalan yerlərə sənəd qəbulu 12 sentyabr saat 18:00-dək davam edəcək.
Portal.edu.az saytı vasitəsilə müraciət aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:
Şəxsi kabinetinə daxil olunur.
“Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir.
“Müraciət et” bölməsinə daxil olunur.
Şəxsi məlumatlar daxil edilir.
Əvvəlki təhsil məlumatları daxil edilir
Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir.
Təsdiq aldığı təqdirdə, sənədlər peşə təhsil müəssisəsinə təqdim edilməlidir.
Hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetinə müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və həmin şəxs bildiriş aldıqdan sonra 13 sentyabr tarixinədək sənədlərini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.












