Formula 1-də Bakı küçələri pik saatlarda açıq olacaq

  • Müəllif: Firuzə
  • 11 Sentyabr 2025 15:28

Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə əməliyyat şirkəti məlumat yayıb.

Bildirilib ki, 19–21 sentyabrda tarixlərində keçiriləcək “Formula 1 Azərbaycan Qran-Prisi 2025” çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək:

“Şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək. Beləliklə, 15–17 sentyabr tarixlərində səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, 18 sentyabrda isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.

Giriş nöqtələri:

– Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi;

– M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət;

– S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti;

– Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti;

– Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi;

Çıxış nöqtələri:

– Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall;

– İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti;

– Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall.

Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.

Xatırladaq ki, Bakı Formula 1 üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır. 2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub.

 

Gununsesi.info