ABŞ-də güclü zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 23 İyul 2026 19:35

ABŞ-nin şimal hissəsində – Texas ştatında 5,0 maqnitudalı zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

 

Zəlzələnin episentri təxminən 18 min əhalisi olan Pampa şəhərindən 41 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 6 kilometr dərinlikdə baş verib.

Hələlik hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat yoxdur.

Gununsesi.info