2026-cı ilin ilk altı ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb.
ADY-dən Gununsesi.info-ya verilən məlumata görə, baş verən hadisələr nəticəsində qatarlara maddi ziyan dəyib, həm sərnişinlərin, həm də qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb.
Qurum bildirib ki, bu cür qanunsuz hərəkətləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunurlar. Azyaşlıların törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
ADY valideynlərə müraciət edərək övladlarını dəmir yolu ətrafında təhlükəli davranışlardan çəkindirməyə və onlarla təhlükəsizlik qaydaları barədə maarifləndirici söhbətlər aparmağa çağırıb.
Gununsesi.info










