ABŞ-da 11 yaşlı qız öz biznesi sayəsində 11 milyon dollar qazanıb…

  • By admin
  • 22 İyun 2022 09:30

“Əgər siz öz ideyanızla alışıb yanmırsınızsa, o zaman işə girişmək və onu inkişaf etdirmək çox çətin olacaq…”

Yeniyetmə qız limonad istehsalı üzrə biznes quraraq milyonlar qazanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.
Mikaila Ulmer danışıb ki, 4 yaşı olanda öz özəl işi ilə məşğul olmağa başlayıb. Qız nənəsindən qalan kitabdakı reseptlər əsasında içkilər hazırlayıb. Lakin bu içkiyə bal əlavə etmək qərarına gəlib, bu da onu çox populyarlaşdırıb.
2016-cı ildə qız limonad satışı ilə məşğul olan iri firma ilə sövdələşmə bağlayıb, o zaman onun 11 yaşı olub. Məhsulu bir çox ştatların sakinləri alıb, içkini 1500 mağazada əldə etmək mümkün olub, sahibkar qız 11 milyon dollar qazanıb.
“Mən düşünmürəm ki, biznesə start vermək üçün hansısa konkret tövsiyələr mövcuddur.  Lakin əgər siz öz ideyanızla alışıb yanmırsınızsa, işə girişmək və onu inkişaf etdirmək çətin olacaq.  İnanın, sizə çox işləmək lazım gələcək”,  qız vurğulayıb.
Bundan sonda Mikaela dodaqlar üçün balzama keçib və öz kitabını yazıb.  Bütün bunları o, hələ orta məktəbi bitirməmişdən öncə etməyə müvəffəq olub. Gəlirinin onda bir hissəsini qız arıların xilas edilməsi fonduna köçürəcək.
Hazırda onun 17 yaşı var və biznesi artmaqda davam edir.
Gununsesi.info