ABŞ-da hərbi helikopter qəzaya uğradı, 5 NƏFƏR ÖLDÜ

  • By admin
  • 04 Sentyabr 2021 21:48

ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus MH-60S helikopteri Kaliforniya sahillərində qəzaya uğrayıb.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə HDQ-nin Sakit okean donanması məlumat yayıb.

 

Qəza zamanı helikopterin beş üzvü həlak olub, bir nəfərin həyatı xilas edilib.

 

MH-60S helikopteri donanmaya məxsus aviadaşıyıcıdan uçuş edib və sahildən 110 kilometr məsafədə suya düşüb.

Gununsesi.info