ABŞ İranın 520 min barrel neftini saxladı

  • By admin
  • 03 Fevral 2024 12:08

Amerikanın Ədliyyə Nazirliyi həmçinin SEPAH-a qarşı terrorizm və sanksiyalardan yayınma ittihamı ilə Amerikada maliyyə təmini şəbəkəsində 108 milyon dollardan artıq vəsaitini zəbt edib.

Gununsesi.info xəbər verir ki, həmin həcmdə vəsait Çinin Dövlət Neft Cəmiyyətinə (COPC) məxsus olub. Lakin dolayısı ilə SEPAH-a bağlı cəmiyyət kimi fəaliyyət göstərir.

Çinin Dövlət Neft Cəmiyyəti qeyd olan məbləği Amerikanın müəssisələrinin bank hesabları vasitəsi ilə yumaq niyyətində olub.

Nazirliyin yüksək bir vəzifəlisi İranın isitfadə etdiyi vəsait dövriyyəsinin kəsilməsi məqsədi ilə tədbirlərin davam edəcəyini və ABŞ millətinin qorunması üçün vacib olduğunu deyib.

Qeyd edək ki, həmin həcmdə neft “Abis” (Abyss) tankerində olub.

Gununsesi.info