ABŞ-ın “New York Times” qəzeti Ukrayna ordusunun şəxsi heyət və sursat çatışmazlığı səbəbindən döyüş meydanında Rusiya qüvvələrinə qarşı üstünlüyü itirdiyini yazıb.
Gununsesi.info xəbər verir ki, məqalə Mark Santoranın imzası ilə yayılıb. Məqalədə qeyd edilir ki, “Ukraynalılar insan sayı və silah baxımından qeyri-kafi olduğu vəziyyətlə üzləşiblər”.
Ukrayna ordusunun yaşadığı böyük çətinliklər səbəbindən artilleriya mərmilərinə qənaət etməli olduğu qeyd edilərkən, zirehli texnikanın təmiri və texniki xidməti üçün tələb olunan komponentlərin çatışmazlığının olduğu da bildirilib.
Adı açıqlanmayan ukraynalı zabit “Hücum üçün kifayət qədər texnikamız və əsgərimiz yoxdur. Bu səbəbdən indi əsas məqsəd mövqelərimizi qorumaqdır”, – deyə etiraf edib.
Məqalədə Rusiya ordusunun cəbhənin bəzi yerlərində ukraynalılardan 5 dəfə çox sursat istifadə etmək imkanına malik olduğu vurğulanıb və ukraynalıların artilleriya mərmilərində yaşadıqları problemləri kamikadze PUA-larla kompensasiya etməyə çalışdıqları, Ukraynalı mayor Sergey Bets isə PUA-ların təsirli olmadığını etiraf edib.
Gununsesi.info