ABŞ səfiri Şəhidlər Xiyabanını ziyarət edib

  • By admin
  • 21 Yanvar 2021 11:11

 

Yanvarın 20-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Bakıda Şəhidlər Xiyabanı ziyarət edib.

Bununla bağlı Gununsesi.info-ya  ABŞ Səfirliyindən bildirilib. 

20 Yanvar- Azərbaycanda Ümumxalq Matəm günüdür.

31 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Ordu qüvvələri dinc əhaliyə atəş açıb. 147 nəfər həlak olub, 800-dən çox sakin yaralanıb.

Bu hadisələrdən sonra keçmiş SSRİ ərazisində xalqların müstəqillik mübarizəsi daha da genişlənib. Nəhayət SSRİ süquta uğrayıb və 15 yeni müstəqil dövlət yaranıb.

 

Gununsesi.info