Adil Kərimliyə yeni müavin təyin olundu

Mədəniyyət nazirinə yeni müavin təyin olunub.

Gununsesi.info  xəbər verir ki, imzalanan müvafiq sərəncamla bu vəzifəyə Fərid Cəfərov təyinat alıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Gənclər Fondunun icraçı direktoru olub.

Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.

 

 

Gununsesi.info