ADU ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

30 iyul – 1 avqust 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Elektron İmtahanlar korpusunda 2025-2026-cı tədris ili üçün Ali təhsil müəssisələrinin sərgisi təşkil olunur.

Azərbaycan Dillər Universitetinin də iştirak etdiyi sərgidə Keyfiyyətin təminatı və monitorinq şöbəsinin əməkdaşları, Tələbə Həmkarlar İttifaqının rəhbərliyi təmsil olunur.

Məlumat lövhəsinə yaxınlaşan abituriyentlərə, valideynlərə, media nümayəndələrinə və digər maraqlı şəxslərə Azərbaycan Dillər Universitetinin bu ilki qəbul planı, tədris olunan ixtisaslar və təhsil haqları, universitetin ikili diplom layihələri, yerli və xarici ölkələrdə yerləşən 30-dan çox beynəlxalq mərkəzləri haqqında ətraflı məlumat verilir, suallar cavablandırılır.

Gununsesi.info