Amerikanın Milli Təhlükəsizlik Məsləhətçisi Ceyk Sullivan Prezidentlik seçkisinin ikinci turu ilə bağlı “demokratiya” vurğulu açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Sullivan ikinci turda kimin qazanmasından asılı olmayaraq, Türkiyə ilə çalışmağa davam edəcəklərini söyləyib.
“Türkiyədə güclü bir demokratiya görməyə davam etmək istəyirik. İlk turu gerçəkləşdirdilər. İkinci tur keçiriləcək. Biz də kim qazanarsa, qazansın, onunla çalışmağa davam edəcəyik”.
Co Baydenin “Böyük Yeddilərr” Zirvəsinə qatılmaq üçün yolçuluq etdiyi təyyarədə jurnalistlərin suallarını cavablayan Amerikan rəsmisi Ukrayna, Orta Şərqdəki bölgəvi məsələlər və NATO-dakı rolu çərçivəsində Türkiyə ilə bir sıra mövzularda çalışmağa davam edəcəklərinin altını cızıb.
Tərcümə: Arzu Sayadoğlu











